Sizinxeber.Az

Türkiyə millisinin yeni baş məşqçisi məlum oldu

0 1

Türkiyə millisinin yeni baş məşqçisi məlum oldu
Futbol üzrə Türkiyə millisinin baş məşqçi təyinatı rəsmiləşib.

Oxu.Az xəbər verir ki, Türkiyə Futbol Federasiyası İcraiyyə Komitəsi 2002-ci ildə keçirilmiş mundialda milliyə dünya çempionatının bürünc medalını qazandırmış Şenol Günəşlə anlaşıb.

Onunla 2020-ci ildə Avropa çempionatı və 2022-ci ildə dünya çempionatı müddətini əhatə edən şəkildə dörd illik müqavilə bağlanılıb. Hazırda “Beşiktaş”ı çalışdıran Şenol Günəş millidəki fəaliyyətinə iyunun 1-dən etibarən başlayacaq.

Xatırladaq ki, daha əvvəl Türkiyə millisini Mirçya Luçesku çalışdırırdı. Rumıniyalı məşqçi ilə yollar rəsmi olaraq fevralın 11-də ayrılıb.

Şərhlər
Loading...