Sizinxeber.Az

“Minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60 faizi səviyyəsinə çatdırılacaq” — Millət vəkili

0 1

“Azərbaycan prezidenti 2003-cü ildən etibarən əhalinin sosila müdafiəsinin güclənməsi və rifah halının yaxşılaşması istiqamətində addımlar atıb. Bu siyasət bu gün də davam etməkdədir. Son bir neçə ayda atılan addımlar da əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə təmin olunması və rifah halının yaxşılaşmasına xidmət edir. Bu siyasətin də mahiyyəti ondan ibarətdir ki, Azərbaycan dövləti və prezidenti bariz formada xalqın yanındadır”.

Bunu “Ölkə.Az”a açıqlamaında Milli Məclisin səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, ölkə başçısının son iki ayda verdiyi fərman və sərəncamlar 3 milyonadək insanı əhatə edəcək və bu istiqamətdə işlər bundan sonra da davamlı olaraq həyata keçiriləcək:

 “Bildiyiniz kimi 2016-ci ildə Azərbaycanın itisadi inkiafı ilə bağlı “Yol xəritəsi” müəyyənləşib və bu sənəddə Azərbaycan Avropa Sosial Xartiyasında üzərinə götürdüyü öhdəlikləri tam icra etməlidir. Yəni Xartiyaya, əsasən Azərbaycanda minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60 faizi səviyyəsinə çatdırılmalıdır. Bütün bu  və digər məsələlər qarşıdakı 4-5 il ərzində həyata keçirilməlidir. Məqsəd də yoxsulluğun tam  aradan qaldırılaraq, kasıb insanların sayının  minimuma endirilməsidir. Dövlət əhalinin sosial rifah halını yüksəltməklə cəmiyyətdə barışın və harmoniyanın yaradılmasının təmin olunmasına çalışır. O baxımdan biz 2019-cu ildə sosial sahədə daha ciddi qərarların veriləcəyinin şahidi olcağıq”.

Ölkə başçısının bu istiqmamətdə gördüyü işlərə kölgə salmağa çalışan insanların da  hərəkətlərinə qiymət verən M. Quliyev deyib ki, onların danışdıqları cəfəngiyyatdan başqa bir şey deyil.

“Onlar belə fikirlər səsələndirməklə əslində özlərini çox gülünc bir vəziyyətə salırlar. Çünki öləri də dediklərinə inanmırlar. Sən nə qədər ədalət hissini itirəsən və deyəsən ki, bu işlər bizim keçirdiyimiz etiraz aksiyaları və mitinqlərin nəticəsidir. Məgər dövlət işləri bir gün içində hazırlanır və bu barədə göstəriş verilir? Belə proqramların hazırlanıb həyata keçməsi üçün üzərində aylarla iş gedir. Və burada ölkə başçısının hansısa siyasi dividend məqsədi yoxdur. Əgər biz bunu emtək istəsəydik, elə 2018-ci ildə prezident seçkiləri öncəsi edərdik. Ancaq bu işlər seçkidən sonra ölkə başçısının seçkiöncəsi verdiyi vədlərə uyğun olaraq həyata keçirilməkədir. Növbəti prezident seçkisinə də 6 ildən artıq zaman var. Bizim hədəfimiz ölkə başçısının söylədiyi kimi, 2025-ci ilədək Azərbaycanda sosial rifah dövlətini qurmaqdır və fəaliyyətimiz də bu istiqamədə qurulub”,- deyə deputat qeyd edib.

Millət vəkili əlavə edib ki, Azərbaycanda sosial rifah dövlətinin quurlması istiqamətində bundan sonra daha ciddi  işlər görüləcək və addımlar atılacaq:
“Həmin qüvvələrin dediyinə istinad etsək, onda Azərbaycan orbitə öz süni peykini buraxması, BMT TŞ-nin qeyri-daimi üzvü olması, TANAP, Bakı-Tiflis-Qars dəmiryol  və sair bu kimi layihələri onların etiraz aksiyaları və mitinqlərinin tələbi əsasında olub. Bir daha deyirəm ki, onlar özləri də nə dediklərinin  və söylədiklərinin fərqində deyillər”.

Bəzi qüvvələrin hökumətin bu işləri keçirməsinin arxasında növbədənkənar parlament seçkisinin dayanmasına fikrinə gəldikdə M. Quliyev bildirib ki, növbəti parlament seçkiləri  2020-ci ildə olacaq:

 “Bu il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Parlament seçkiləri də konstitusiyanın tələbinə uyğun olaraq  vaxtında, yəni gələn il keçiriləcək. Digər tərəfdən də seçkiyə bir il qalmış növbədənkənar parlament seçkisinin keçirilməsinə ehtiyac da yoxdur. Belə bir seçkinin keçirilməsi üçün heç ictimai-siyasi zərurət də yoxdur”.

Şərhlər
Loading...