Sizinxeber.Az

Tbilisinin mərkəzindəki binada baş vermiş yanğın nəticəsində İran vətəndaşı ölüb

0 1

Tbilisinin mərkəzində, Saburtalo rayonunun Qaqarin küçəsindəki 8 mərtəbəli binanın üçüncü mərtəbəsindəki evdə yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, yanğın nəticəsində 52 yaşlı qadın ölüb. Onun İran İslam Respublikasının vətəndaşı olduğu bildirilir.

Fövqəladə Halların İdarə Olunması Xidmətindən bildirilib ki, hadisə yerinə xilasedicilər və yanğınsöndürmə briqadaları cəlb olunub.

Yanğın nəticəsində binada güclü, qatı tüstü yaranıb, bu səbəbdən binanın sakinləri təxliyə olunub. Hazırda yanğı söndürülüb, hadisə yerində xilasedicilər işləyir və yanğının səbəbləri araşdırılır.

 

Şərhlər
Loading...