Sizinxeber.Az

“Lord” Ramal boksla vidalaşdı: 500 manatla neyləyə bilərəm ki?!

0 1

“Lord” Ramal boksla vidalaşdı: 500 manatla neyləyə bilərəm ki?!
Azərbaycanın kişilərdən ibarət kikboksinq millisinin kapitanı Ramal Aslanov boksdan ayrılıb.

Bu barədə Oxu.Az-a “Lord” ləqəbli idmançının özü deyib:

“Mən Azərbaycan ikincisi kimi boks millisinin təlim-məşq toplanışına getmişdim. Bolqarıstandakı “Stranca” turnirinə hazırlaşırdıq. Millinin baş məşqçisi Vaqif Şirinov və məşqçi Nəriman Abdullayev komandadaxili iclasda mənə şərt irəli sürdü ki, boksa gəlirsənsə, kikboksu atmalısan. Boksda federasiya yığma üzvlərinə pul verə bilmir, çıxış etdiyim “Sədərək” klubu da aya 500 manat pul verir. Bu pulla mən neyləyə bilərəm ki?!

Halbuki mən 2017-ci ildə Çində peşəkar kikboksinq üzrə yarışda çempion olmağıma görə 97 min manat pul udmuşam. Boksda bu qədər pulu ömrüm boyu qazana bilmərəm. Dedim ki, təkcə boksda olmaqla alınmır, mənim peşəkar döyüşlərim olur. Onlar da dedi ki, boksa gəlmisənsə, daha kikboksinq sənin üçün qurtarıb. Mən də boksla vidalaşdım.

Boksda bizdə güclü uşaqlar var, amma Olimpiya çempionu ola bilməyiblər, guya mən olası idim ki? Ona görə də yenidən ancaq kikboksinqlə məşğul olacağam. Kikboksinqdə dünyada reytinqdə birinci yerdəyəm. Açığı, onlar məni istəmirdilər, Azərbaycan çempionatının yarımfinalında da uduzdurmaq istəyirdilər. Qabağıma belə şərt qoymaqları mənə pis təsir etdi”.

Qeyd edək ki, Ramal Aslanov ötən ilin sonunda keçirilən Azərbaycan çempionatında 75 kq çəki dərəcəsində döyüşüb. O, finalda Olimpiya mükafatçımız Kamran Şahsuvarlıya uduzaraq gümüş medal qazanıb və boks millimizdə çıxış etmək imkanı əldə edib.

Şərhlər
Loading...