Sizinxeber.Az

Amerikada məhbuslar maşında köməksiz qalan uşağı xilas etdi – VİDEO

0 3

Amerikada məhbuslar maşında köməksiz qalan uşağı xilas etdi – VİDEO
ABŞ-ın Florida ştatında ictimai işlərə cəlb olunmuş bir dəstə məhbus avtomobildə çıxılmaz vəziyyətdə qalmış körpəni xilas edib.

“The Week” nəşrinin məlumatına görə, hadisə Nyu-Port Riçi şəhərində avtomobil dayanacağında baş verib.

Bir yaşlı qızın valideyni ehtiyatsızlıqdan açarı avtomobilin içində qoyaraq qapıları bağlayıb.  Uşaq ağlamağa başlayıb, valideynləri isə heç cür qapını aça bilməyib. Hadisə yerinə gələn Şerif onlara açar ustası çağırmağı tövsiyə etsə də, cütlük buna maddi imkanlarının olmadığını bildirib.

Ata qızını çıxarmaq üçün şüşəni qırmağa hazırlaşdığı əsnada, gözlənilmədən park ərazisində bağbanlıq işlərinə cəlb olunan bir qrup məhbus onlara öz yardımını təklif edib.

Qızın anası qeyri-adi xilasetmə əməliyyatını telefonunun kamerasına çəkib. Ağ-qara zolaqlı formada olan məhbuslar avtomobil oğrularının tətbiq etdiyi metoddan istifadə edərək, avtomobilin qapısını açmağa nail olub.

Hadisənin görüntüsü qısa vaxt ərzində “Facebook”da 60 mindən çox baxış sayı toplayıb.

Şərhlər
Loading...