Sizinxeber.Az

Zakir Həsənov Braziliyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

0 1

Zakir Həsənov Braziliyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Braziliya Federativ Respublikasının ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər ölkələrimiz arasındakı münasibətlər, regional problemlər və bölgədəki hərbi-siyasi vəziyyət, eləcə də ikitərəfli hərbi əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Şərhlər
Loading...