Sizinxeber.Az

Gömrük Komitəsi: Sahibkarlar sənədləri saxtalaşdırmaqdan məhrum oldu

0 1

Gömrük Komitəsi: Sahibkarlar sənədləri saxtalaşdırmaqdan məhrum oldu
Azərbaycanın gömrük orqanları Vergilər Nazirliyi ilə birlikdə 2018-ci ildən başladıqları islahatları belə dəyərləndirdi: Kölgə iqtisadiyyatına böyük bir zərbə vurduq!

Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. Onun sözlərinə görə, malların və nəqliyyat vasitələrinin düzgün qiymətləndirilməsi nəticəsində büdcəyə 1 milyard 200 milyondan çox vəsait köçürülüb.  

Vergiləri vaxtında ödəyən sahibkarlar isə artıq “Yaşıl dəhliz” iştirakçısı olub. Komitə sədri deyir ki, fevralın 1-dən başlayaraq aktivləşən bu xidmət nəticəsində ötən 16-17 gün ərzində 100-dən çox şirkət “Yaşıl dəhliz” iştirakçısı olmaq hüququ qazanıb.

“Müəyyən risklər olmasına baxmayaraq, biz buna getdik, bu il ixracı tam, idxal əməliyyatlarının isə 35-40 faizini “Yaşıl dəhliz”ə keçirmək hədəfini qoymuşuq. Bunun üçün elektron idarəetmə, risklərin idarəetməsi sistemləri mükəmməl olmalıdır. Doqquza yaxın ölkə ilə ticarəti artıq onlayn sistemə qoşmuşuq və bəyannamələri əvvəlcədən elektron şəkildə görə bilirik. Nəticədə, haqsız rəqabətə cəhd edən sahibkarların qarşısı alınır və onlar yolda sənədi saxtalaşdırmaq imkanından məhrum olunub”.

Qeyd edək ki, bu sistem Vergilər Nazirliyinə də inteqrasiya olunacaq. Qurumlar qanuni işləyən sahibkarlara xüsusi kanallar verməklə ticarətin şəffaflaşdırılmasına nail olmağı düşünürlər.

Şərhlər
Loading...