Sizinxeber.Az

Ramil Usubovdan yeni rəis müavini təyinatı

0 1

Ramil Usubovdan yeni təyinatlar – YENİLƏNİB
Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri olub.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

Əmrə əsasən, Qax rayon Polis Şöbəsinin rəisi Elnur Mehdiyev vəzifəsindən azad edilib.

O, Yevlax rayon Polis İdarəsinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Balakən rayon Polis Şöbəsinin rəisi Elnur Həsənov vəzifəsindən azad edilərək Şəmkir rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

17:21

Binəqədi Rayon Polis İdarəsinə yeni rəis müavini təyin edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

Binəqədi Rayon Polis İdarəsinin əməliyyat işi üzrə rəis müavini vəzifəsinə polis polkovnik-leytenantı Vəfalı Həsənəliyev təyinat alıb.

O, yeni təyinatadək Nəsimi rayon Polis İdarəsində Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışıb.

Vəfalı Həsənəliyev cinayətkarlığa qarşı mübarizədə və ictimai asayişin qorunması sahəsində  fərqləndiyinə görə 2015-ci ildə prezident İlham Əliyevin müvafiq sərəncamı ilə  “Vətən uğrunda” medalı ilə təltif edilib.

Qeyd edək ki, bundan əvvəl bu vəzifəni Emin Həsənov yerinə yetirib.

O, Baş Narkotiklərlə Mübarizə İdarəsinə şöbə rəisi təyin edilib.

Şərhlər
Loading...