Sizinxeber.Az

Bakıda ağır qəza: ölən var – VİDEO

0 2

Bakıda ağır qəza: ölən var – VİDEO
Gecə saatlarında paytaxtın Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın xəbərinə görə, qəza Dərnəgül prospekti, “Çermet körpüsü” adlanan ərazidə qeydə alınıb.

Çin istehsalı olan, 90 PH 772 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Qurbanov Azər Əjdər oğlu maşını körpünün istinad divarına çırpıb.

Nəticədə, avtomobildə olan sərnişin yerindəcə dünyasını dəyişib. Onun şəxsiyyəti hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Loading...