Sizinxeber.Az

Ərdoğan İlham Əliyevə təşəkkür etdi

0 1

Ərdoğan İlham Əliyevə təşəkkür etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevə təşəkkür edib. 

“Habertürk”ün verdiyi məlumata görə, Ərdoğan bir neçə gün öncə Fətullahçı terror təşkilatının Azərbaycandakı rəhbərlərindən birinin Türkiyəyə təhvil verilmə məsələsinə toxunub. 

“Azərbaycan, Əliyev qardaşım sağ olsun, həmin şəxsi bizə təhvil verdi. Daha əvvəl də təslim edilənlər vardı. Eyni formada Kosova da 6-7 nəfəri bizə verib”, – R.Ərdoğan qeyd edib. 

O əlavə edib ki, Türkiyə FETÖ ilə mübarizəni davam etdirəcək və əməliyyatları gücləndirəcək. 

Ərdoğan ABŞ prezidenti Donald Trampla görüşündə FETÖ başçısı Fətullah Gülənin ekstradisiyası məsələsini yenidən qaldıracağını deyib. 

Samir İsayev
ANDROID əməliyyat sistemli smartfonlariOS əməliyyat sistemli smartfonlar

Şərhlər
Loading...