Sizinxeber.Az

Piyada zolağını zəbt edən sürücü cəzalandırıldı

0 1

Piyada zolağını zəbt edən sürücü cəzalandırıldı
Bakıda dayanma-durma və parklanma qaydasını pozan sürücü haqqında protokol tərtib edilib.

Bunu Oxu.Az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, hadisə barədə məlumat məruzə olunan kimi dərhal reaksiya verilib və şəxs barədə tədbir görülüb:

“Şəmsi Bədəlbəyli-Süleyman Rüstəm küçələrinin kəsişməsində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş piyada zolağında 10-BG-777 dövlət nömrə nişanlı, “Mercedes” markalı nəqliyyat vasitəsinin sürücüsü Hüseynov Vüqar Oqtay oğlunun yol hərəkəti qaydasını pozduğu aşkar edildi. Sürücü inzibati məsuliyyətə cəlb edildi”.

Oxu: Bakıda sürücü piyada zolağını zəbt etdi – VİDEO

Vaqif Əsədov həmçinin sürücülərə müraciət edərək bildirib ki, ərazidə dayanma-durma və parklanma yerinə yetirən zaman diqqətli olmaq lazımdır.

Qeyd edək ki, fevralın 1-də 10-BG-777 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobilin piyada keçidinin üzərində parklandığı barədə məlumat yayılmışdı. Sürücünün avtomobilini düzgün park etməməsi piyadaların hərəkətinə mane olurdu.

Şərhlər
Loading...