Sizinxeber.Az

Azərbaycanlı deputatlar AŞPA-da vitse-prezident seçildilər

0 1

AŞPA-nın qış sessiyasında Azad Demokratlar Qrupunun iclasında Azərbaycan nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayeva ADQ-nin yenidən vitse-prezidentləri seçiliblər, Azərbaycan nümayəndə heyətinin üzvü Naqif Həmzəyev isə qrupun xəzinədarı seçilib.

“Ölkə.Az” xəbər verir ki, Azad Demokratlar Qrupu vitse-prezidenti postuna ümumilikdə 4 nəfər seçilib. 

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayevanın Azad Demokratlar Qrupunun vitse-prezidenti postuna namizədliyi yenidən qrup tərəfindən yekdilliklə dəstəklənib. 

Millət vəkilləri bu etimad üçün qrup üzvlərinə təşəkkürlərini bildiriblər və qrupu Assambleyada daha da fəal təmsil etməyə çalışacaqlarını bildiriblər. 

Şərhlər
Loading...