Sizinxeber.Az

Prokuror “Velizadə prodakşın”ın rəhbərinə cəza istəyəcək

0 1

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Velizadə prodakşın”ın rəhbəri, müğənni Tural Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib. 

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib. 

Buna görə məhkəmə prosesi yanvarın 30-dək təxirə salınıb. 

Qeyd edək ki, “Velizadə prodakşın”ın rəhbəri T.Vəlizadə dörd nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur. 

Belə ki, o, azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri – Sıla və Ebru Gündeşin Bakıda konsertini təşkil edəcəyi vədini verib. 

T.Vəlizadə ümumilikdə həmin şəxslərdən 200 min dollar pul alıb. Lakin sonradan vədinə əməl etməyib. 

Zərərçəkmişlərin şikayətləri əsasında saxlanılan T.Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb və həbs-qətimkan tədbiri seçilib. 

O, ittiham üzrə özünü təqsirli bilmədiyini və iş adamlarından pulu borc aldığını söyləyib.

Şərhlər
Loading...