Sizinxeber.Az

Komitə sədri sosial şəbəkələrdən narazılıq etdi

0 1

Komitə sədri sosial şəbəkələrdən narazılıq etdi Hələ də bəzi media orqanlarında, internet resurslarında, sosial şəbəkələrdə insanların şərəf və ləyaqətinin təhqir edilməsi, onların şəxsi həyatına müdaxilə edilməsi halları ilə üzləşir, qarşılaşırıq. Oxu.Az-ın xəbərinə görə, bunu yanvarın 25-də Milli Məclisin (MM) Gənclər və idman komitəsinin parlamentin qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı ilk iclasında çıxışı zamanı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. O, “Gəncləri siyasəti haqqında” qanuna təklif edilən dəyişikliklərin kiçik həcmli, lakin onların mahiyyətinin geniş olduğunu bildirib.  Qeyd edib ki, bu dəyişikliklər ölkədə dövlət gənclər siyasətinin həyata keçirilməsində öz müsbət töhfələrini verəcək: “Qanun layihəsində insanların şərəf və ləyaqətinin qorunması, bu məsələdə şəxsi həyatın toxunulmazlığının təmin edilməsi ilə bağlı müddəanın nəzərdə tutulması çox müsbət haldır. Əslində, bu məsələ digər qanunlarımızda da öz əksini tapıb. Ancaq çox təəssüflər olsun ki, hələ də bu halların pozulması, xüsusilə internet resurslarında, sosial şəbəkələrdə insanların şərəf və ləyaqətinin təhqir edilməsi, alçaldılması, onların şəxsi həyatına müdaxilə edilməsi faktları ilə üzləşir, qarşılaşırıq. Bunlar yolverilməz və qəbuledilməzdir, ciddi qanun pozuntusudur. Ona görə də burada belə bir məsələnin nəzərdə tutulması mütərəqqi bir haldır”. 

Şərhlər
Loading...