Gəncədə avtoqəza: təmizlik işçisi avtomobillə köşk arasında sıxılaraq ölüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
may
2026
10:00
0
0
1 204
ff aaaaaaa

Gəncədə avtoqəza: təmizlik işçisi avtomobillə köşk arasında sıxılaraq ölüb

05 may, 2026
10:00
1 204

Gəncədə avtoqəza: təmizlik işçisi avtomobillə köşk arasında sıxılaraq ölüb

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Prospektdə hərəkətdə olan "BMW" markalı minik avtomobili idarəetmədən çıxıb. Maşın ilk olaraq yol kənarında dayanan "Chevrolet" markalı avtomobilə, daha sonra ağaca və köşkə çırpılıb.

Qəza zamanı ərazidə təmizlik işləri aparan 1961-ci il təvəllüdlü Z.Qurbanova avtomobil ilə köşkün arasında sıxılaraq qalıb. Qadın aldığı xəsarətdən hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul