Sizinxeber.Az

2018 – də ən çox qol vuran futbolçuların üçlüyü müəyyənləşib

0 1

2018 – də ən çox qol vuran futbolçuların üçlüyü müəyyənləşib

Ötən il ən çox qol vuran futbolçulardan ibarət üçlük müəyyənləşib.

Oxu.Az – ın məlumatına görə, birinci yeri Qətərin “Əl-Sədd” klubunda çıxış edən Bağdad Bunejad tutub. Əlcəzairli hücumçu 40 oyunda 59 dəfə fərqlənib. Bu, dünyanın bütün liqaları arasında ən yüksək göstərici olub.

İspaniya “Barselona”sının forvardı Lionel Messi ikinci yerlə kifayətlənib. Argentinalı ulduz 54 oyuna 51 qol vurub. O, Avropanın milli çempionatlarında ən yaxşı bombardir ola bilib.

Üçüncü yerdə isə “Real Madrid” i İtaliya “Yuventus” una dəyişmiş Kriştianu Ronaldu tutub. Portuqaliyalı hücumçu il ərzində iki klubda 53 oyuna 49 qol müəllifi olub.

Qeyd edək ki, Bağdad Bunejad “Əl-Sədd” ə 2015-ci ildə Tunisin “Etual dü Sahel” klubundan 3,5 milyon avroya keçib. 27 yaşlı forvard cari Qətər çempionatnda 13 oyuna 26 qol vurub və 5 məhsuldar ötürmə verib.

www.Sizinxeber.az

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Şərhlər
Loading...