Azərbaycanda əkilməyən torpaqlarla bağlı ayrıca qanun layihəsi hazırlanır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
may
2026
17:00
0
0
1 308
ff aaaaaaa

Azərbaycanda əkilməyən torpaqlarla bağlı ayrıca qanun layihəsi hazırlanır

04 may, 2026
17:00
1 308

Azərbaycanda əkilməyən torpaqlarla bağlı ayrıca qanun layihəsi hazırlanır

Kənd Təsərrüfatı Nazirliyi istifadəsiz qalmış - əkilməyən torpaqlarla bağlı ayrıca qanun layihəsi hazırlayır.

"Report" xəbər verir ki, bunu nazirliyin Hüquq və icra intizamı şöbəsinin rəhbəri Yasər Abdullayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında "Yaşıllıqların mühafizəsi haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsində bildirib.

"Əslində, vaxtilə bu barədə qanun layihəsi hazırlanmışdı, amma parlamentə təqdim edilmədi. Onu qanun layihəsi çərçivəsində alt proqram kimi nəzərdə tutmuşduq. Burada Türkiyədəki mexanizmin tətbiqi nəzərdə tutulmuşdu. Məsələn, əgər torpaq mülkiyyətçisi 2 il ərzində onu istifadə etmirsə, dövlət həmin torpağı onun adından digər şəxsə icarəyə verir, icarə haqqını isə mülkiyyətçinin bank hesabına köçürülür. Bununla da dövlət torpaqların istifadəsini məcburi edir", - Y.Abdullayev vurğulayıb.

Nazirlik rəsmisi əlavə edib ki, sözügedən sənəddə istifadəsiz torpağa görə də vergilər dəfələrlə artırılırdı: "Bu gün bizdə bələdiyyə vergisi yığılır. Lakin tətbiq mexanizmindən görünən odur ki, bu yığım istənilən səviyyədə deyil. Bu səbəbdən istifadəsiz torpaqlarımız çoxdur. Düzdür, bunun başqa səbəbləri də var. Gələcəkdə bu məsələlərin həlli üçün fikirlərimiz var".

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul