Sizinxeber.Az

Samuxda partlayış olub, yaralanan var

0 1

Samuxda partlayış olub, yaralanan var

Samuxda ümumi sahəsi 70 m² olan birmərtəbəli üç otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Oxu.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Qədili kəndində baş verib.

Partlayış dalğasının təsirindən evin bir tərəfinin daşıyıcı divarı uçub.

Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanıq xəsarəti almış bir nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası tərəfindən xəstəxanaya aparılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

www.Sizinxeber.az

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Şərhlər
Loading...