Sizinxeber.Az

Sumqayıt və Xırdalanda binalarda qaraj tikintisi stimullaşdırılacaq

0 1

Sumqayıt və Xırdalanda binalarda qaraj tikintisi stimullaşdırılacaq

Azərbaycanın bəzi şəhərlərində hündür mərtəbəli binalarda qarajların inşası stimullaşdırılacaq.

Oxu.Az xəbər verir ki, bu məsələ Azərbaycan prezidenti İlham Əliyevin bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı fərmanda əksini tapıb.

Nazirlər Kabinetinə Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevir şəhərlərində inşa edilən çoxmənzilli binalarda nəqliyyat vasitələrinin saxlanması üçün həmin binalarda qaraj mərtəbəsinin tikintisinin stimullaşdırılmasına yönəlmiş təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

www.Sizinxeber.az

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Şərhlər
Loading...