Sizinxeber.Az

Yevlaxda qatar qəzaya uğradı – YENİLƏNİB

0 2

Yevlax rayonunda sərnişin qatarı qəzaya uğrayıb.

Sizinxeber.Az xəbər verir ki, bu haqda Report məlumat yayıb.

Hadisə gecə saatlarında baş verib.

“Bakı – Böyük Kəsik” reysi üzrə hərəkətdə olan sərnişin qatarı ikiyollu nəqliyyat vasitəsinə çırpılıb. Hadisəyə səbəb isə ikiyollu nəqliyyat vasitəsinin texniki problemi olub. Bu səbəbdən də nəqliyyat vasitəsi işə düşməyib. Bu zaman sərnişin qatarı ona çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmayıb.Qeyd edək ki, qəza səbəbindən qatar son stansiyaya iki saat gecikmə ilə çatıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

11:06

Yevlaxda qatar qəzaya uğrayıb.

Oxu.Az xəbər verir ki, bu haqda “Report”xəbər yayıb.

Sərnişin qatarı ikiyollu nəqliyyat vasitəsi – “friLiner”lə (ikiyollu daşıyıcı tez zamanda üstqurmaların dəyişməsini təmin edən, dəmir yollarında texniki xidmət işlərini, elektrik xəttlərinin təmiri və hündürlükdə həyata keçirilən işlər üçün universal nəqliyyat vasitəsi) ilə toqquşub.

Qəza nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat veriləcək.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Balakəndən Bakıya gələn sərnişin qatarında insident baş verib.

Şərhlər
Loading...