Sizinxeber.Az

Taksidə siqaret çəkənlər cərimələnəcək – RƏSMİ

0 1

Bu gündən etibarən siqaretdən istifadəyə dair yeni qaydalar qüvvəyə minir.

Oxu.Az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Artıq bu gündən etibarən tütün istifadəsinə dair qaydaları pozanlara cərimələrin tətbiqinə başlanılacaq.

Məcəllənin 322-ci (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) maddəsinin 0.4-cü bəndinə əsasən, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə 40 manatdan 50 manatadək məbləğdə cərimə edilir.

Bu cərimə sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkənlərə də tətbiq olunacaq.

Məcəlləyə yeni daxil edilən 212.4-cü maddə belədir: “212.4. Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə – əlli manat məbləğində cərimə edilir”.

Qanuna görə, xüsusilə siqaret kötüyünü zibil qutuları və belə tullantıların məhvi və ya atılması üçün xüsusi yerlər istisna olmaqla, istənilən başqa yerdə atan şəxs cərimələnə bilər.

www.Sizinxeber.az

Şərhlər
Loading...