Sizinxeber.Az

Söyüş üstündə qonşusunu bıçaqlayan yeniyetmə cəzalandırıldı

0 4

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 17 yaşlı Nurəhməd Nurəhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, N.Nurəhmədov barəsində üç il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.

Qeyd edək ki, hadisə bu il paytaxtın Binəqədi rayonunda baş verib.

Şəhər sakini Xəqani Tağıyev bıçaqlanıb. Hadisəni törətməkdə təqsirli bilinənin yeniyetmə Nurəhməd Nurəhmədov olduğu müəyyən edilib və hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Məlum olub ki, Xəqani Tağıyev Nurəhməd Nurəhmədovun yaşadığı evin qarşısından keçən zaman söyüş söyüb. N.Nurəhmədov isə ona xəbərdarlıq edib. Lakin tərəflər arasında mübahisə düşüb. N.Nurəhmədov X.Tağıyevi bıçaqlayıb.

N.Nurəhmədova Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.

www.Sizinxeber.az

 

Şərhlər
Loading...