Sizinxeber.Az

Ermənistanda əhalinin əksəriyyəti seçkilərə getmədi – YENİLƏNİB

0 2

Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib.

Oxu.Az Ermənistan mediasına istinadən xəbər verir ki, hazırda səslərin hesablanması prosesi gedir.

Ermənistan Mərkəzi Seçki Komissiyası ölkə üzrə seçici fəallığının 48,63 faiz təşkil etdiyini açıqlayıb.

Seçki məntəqələrinin bağlanmasına az qalmış Yerevanda seçici fəallığı 47,6 faiz, ölkənin ikinci şəhəri olan Gümrüdə 39,22 faiz, Vanadzorda isə 46,66 faiz təşkil edib. Vanadzora seçkilərdə nəzarətin həyata keçirilməsi üçün Yerevandan əlavə polis qüvvələri göndərilib.

Bildirilir ki, seçki siyahılarında 2,57 milyon nəfərin adı olsa da, seçki məntəqələrinə 1,26 milyon insan gəlib. Ölkə tarixində ilk dəfə əhalinin əksəriyyəti ümumdövlət səsverməsini əhəmiyyətsiz sayıb.

Qeyd edək ki, seçkidə 9 partiya və iki seçki bloku mübarizə aparıb.

09.10

Ermənistanda növbədənkənar parlament seçkiləri başlayıb.

Oxu.Az xəbər verir ki, yerli vaxtla saat 08:00-də ölkə üzrə 2010 seçki məntəqəsi açılıb. Səsvermə 20:00-dək davam edəcək.

Mərkəzi Seçki Komissiyası seçkilərdə 9 partiya və iki blokun iştirakını qeydə alıb. Xaricdə yaşayan vətəndaşlar üçün seçki məntəqələrinin açılması nəzərdə tutulmayıb. Onlar yalnız Ermənistana qayıtmaqla səs verə bilər.

Rəsmi məlumata əsasən, 2.5 milyondan artıq seçici səsvermə hüququna malikdir.

Seçkiləri 70 yerli və 32 xarici KİV izləyəcək. Seçkiləri həmçinin 8 beynəlxalq və 22 yerli təşkilatlardan müşahidəçilər izləyəcək.

 

Şərhlər
Loading...