Naxçıvanla Iğdır arasında sərnişindaşıma barədə RƏSMİ AÇIQLAMA
Naxçıvanla Iğdır arasında sərnişindaşıma xüsusi avtobuslarla həyata keçirilir.
Sizinxeber.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, Naxçıvan Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti dayandırılıb. Azərbaycan vətəndaşlarının paytaxtdan Naxçıvana və əks istiqamətə səfərlərini təşkil etmək məqsədilə Bakıdan Türkiyənin Iğdır şəhərinə aviareyslər təşkil olunur. Sərnişinlərin Iğdır şəhərindən Naxçıvana və əks istiqamətə daşınması isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən xüsusi ayrılmış avtobuslarla ödənişsiz şəkildə həyata keçirilir.
Belə ki, Naxçıvan Avtovağzalından Iğdır hava limanı və əks istiqamətə daşımalar 7 iritutumlu avtobusla həyata keçirilir. Eyni zamanda, daşımalar üçün ehtiyat nəqliyyat vasitələri də ayrılıb.
İki gün ərzində ümumilikdə 11 reys həyata keçirilib, 450 nəfər Naxçıvandan Iğdıra və əks istiqamətə daşınıb. Belə ki, martın 5-də Naxçıvandan Iğdıra 4 reyslə 162, Iğdırdan Naxçıvana isə 3 reyslə 98 nəfərin daşınması həyata keçirilib. Martın 6-da isə Naxçıvandan Iğdıra 4 reyslə 190 nəfər daşınıb. Proses davam etdirilir.
Oxşar xəbərlər
AYNA: “Yay musiqi mövsümü”nün açılışı ilə bağlı ziyarətçilər xüsusi avtobuslarla pulsuz daşınacaq
Bayram günlərində paytaxtdan bölgələrə və əks istiqamətə 130 000-ə yaxın sərnişin daşınıb
Zolaqlarla hərəkət edən avtobuslarla gün ərzində 900 minə yaxın sərnişin daşınıb
AYNA: Bu il şəhərlərarası və şəhərdaxili daşımalar üçün 27 yeni avtobus istifadəyə verilib
AYNA: COP29-un 8 günü ərzində 332 minə yaxın sərnişin daşınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
