Fəzail Ağamalıdan İTTİHAM: "Bu məsələdən Ramiz Mehdiyevin iyrənc iyi gəlir" - Nikahdankənar oğul məsələsi BÖYÜYÜR
- 28-10-2025, 20:45
- Cəmiyyət
- 0
- 4 667
"Mənim şəxsi həyatımın indi gedən proseslərə nə dəxli var ki? Bu, mənim şəxsi həyatımdır. Nikahdankənar oğlumun olduğunu danmıram. Sözünü hər zaman düz deyən və ləyaqətini gözləyən bir kişi kimi demişəm ki, bəli, mənim belə romanım olub və bundan bir uşaq doğulub. Bu məsələnin mənim yoldaşımdan başqa heç kimə dəxli yoxdur. O da bu məsələni bilir, ona bunu mən özüm demişəm".
Oxu.Az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı nikahdankənar oğlunun olması ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib.
O bildirib ki, bu əhvalata görə həyat yoldaşından zamanında üzr istəyib və xanımı onu bağışlayıb:
"Bu hadisədən sonra həyat yoldaşımla 40 il bərabər ömür sürmüşük. Bu xəbərlərdən Ramiz Mehdiyevin iyrənc üfunətinin iyi gəlir. Düşünürəm ki, belə məlumat sızmalarının arxasında Ramiz Mehdiyev dayanır. Məni nə bu, nə də bundan betər başqa bir əhvalat yolumdan döndərəcək. Mən Ramiz Mehdiyevə 25 il bundan öncə xain, şərəfsiz demişəm. O, Azərbaycan xalqının, müstəqilliyinin düşmənidir. Bu əhvalatı üzə çıxarmaqla, haqqımda məlumat sızdırmaqla, yazılar yazdırmaqla susdurmaq xəyalı yaşayan Ramiz Mehdiyevin xəyalı ürəyində qalacaq. Məgər bu qisasdır? Kişinin kişi ilə mübarizəsinin də bir xətti, motivi olar.
Ramiz Mehdiyev, mən bir dəfə də olsun sənin şəxsi həyatına müdaxilə etmişəm? Heç etmərəm də. Heç kimin şəxsi həyatına ömür boyu müdaxilə etmərəm. Azərbaycan vətəndaşının şəxsi həyatı dövlətin qanunları ilə qorunur. 1987-ci ildə oğlum İlqarın anası ilə tanış olanda mən siyasətdə deyildim. Sovet hökumətinin yaşayan dövrü idi. Mən o qadınla bir roman yaşadım. 40 ildən sonra bunu üzə çıxarmaq ayıbdır. Bu məlumatı mətbuata verən də ən şərəfsiz adamdır. Mən belə adamlarla mübarizə aparmıram.
Əgər mənim bir qadınla münasibətim olubsa və oğlum doğulubsa, onu niyə gizlədim ki? Şəxsi həyatımın kimə dəxli var? Mənim baxışlarımı, siyasətlə bağlı fikirlərimi müzakirə etsinlər. 40 il bundan öncə yaşananları üzə çıxarmağın nə mənası var? Mən zamanında o uşağa qayğımı göstərmişəm. 10-15 ildir ki, nə onunla, nə də anası ilə əlaqəm var. Ehtiyac duyub mənimlə əlaqə saxlamırlar, mən də onlarla əlaqə saxlamıram".
Qeyd edək ki, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının nikahdankənar oğlunun olduğu üzə çıxıb. Məlumata görə, həmin şəxs 1987-ci il təvəllüdlü İlqar Fəzail oğlu Ağamalıyevdir. Ailədə onu daha çox Oleq kimi çağırdıqları üçün bu adla daha çox tanınıb. Almaniyadakı mənbənin sayta verdiyi məlumata görə, İlqarın anası rusəsilli qadındır. Onlar 80-ci illərin sonunda Bakı şəhərində tanış olublar. Bu münasibətdən bir oğlan övladı dünyaya gəlib.
Fəzail Ağamalının rəsmi nikahda olan həyat yoldaşı bu məsələni bildikdən sonra ailədə ciddi problemlər yaşanıb. Bu səbəbdən də F.Ağamalı oğlunu və qeyri-rəsmi münasibətdə olduğu qadını Bakıdan çıxarmağa məcbur olub. O, uşağı və qadını Rusiyanın Sankt-Peterburq şəhərinə göndərib.


width="220" alt="FHN naziri Ramiz Mehdiyevin qohumunu işdən çıxardı" />
width="220" alt="12 yaşlı qızını 32 yaşlı kişiyə nişanlayan ata DANIŞDI" />
width="220" alt="Fəzail Ağamalının səhhəti pisləşdi: "Dünən olanlardan sonra hələ də özümə gələ bilmirəm"" />
width="220" alt="Ramiz Mehdiyevin bəzi əmlakları əlindən alınır" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />