Sizinxeber.az » Cəmiyyət » Yeni əməkhaqqı modeli: Müəllimlər üçün artım, yoxsa əlavə yük?

Yeni əməkhaqqı modeli: Müəllimlər üçün artım, yoxsa əlavə yük?

Müəllimlərin əməkhaqqının dərs saatına deyil, iş saatına uyğun müəyyənləşdiriləcəyi ilə bağlı məsələ müzakirə mövzusu olub.

Oxu.Az xəbər verir ki, bu fikir Milli Məclisin son iclasında "Ümumi təhsil haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini İdris İsayevin çıxışında yer alıb.

Nazir müavini bildirib ki, sertifikasiya prosesi bitəndən sonra, növbəti mərhələlərdə müəllimlərin əməkhaqlarının artırılmasının digər yolları düşünülür.

Müzakirə iştirakçılarını maraqlandıran əsas suallar müəllimlərin əməkhaqqının artırılmasında hansı yeniliklərin və iş rejimində hansı dəyişikliklərin edilə biləcəyi ilə bağlı olub.

Elm və Təhsil Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, müəllimlərin əməkhaqqı sistemində yeniliklərin tətbiqi hazırda müzakirə mərhələsindədir.

"Müəllimlərin sertifikatlaşdırılması prosesinin birinci mərhələsi tam yekunlaşdıqdan sonra bu barədə təkliflər təqdim ediləcək", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, müəllimlərin sertifikasiyadan keçirilməsi hər beş ildən bir həyata keçirilir. Sertifikasiyanın ilk mərhələsi (ilk beş ili) isə 2026-cı ildə başa çatacaq.

Təhsil eksperti Elçin Əfəndi Oxu.Az-a açıqlamasında bildirib ki, maaşların iş saatına görə müəyyən edilməsi sistemi həyata keçirilərsə, bu, müəyyən mənada repetitorluğun qarşısını alacaq:

Yeni əməkhaqqı modeli: Müəllimlər üçün artım, yoxsa əlavə yük?

"Ölkəmizdə bəzi müəllimlərin həftəlik dərs saatı 18-36 saat aralığında, bir çoxunda isə 18-24 saat aralığındadır. Ümumilikdə isə ölkəmizdə dərs saatı həftəlik 20-24, rəsmi iş saatına gəlincə isə 35-40 saat aralığındadır. İndiki halda əməkhaqqı əsasən, tədris olunan dərs saatına görə hesablanırdısa, yeni təklifə görə, artıq iş saatına görə hesablanacaq.

Fikrimcə, bu təklif qəbul edilərsə, müsbət nəticələri olacaq. İlk növbədə müəllimlərin əmək haqlarında bir qədər artım olacaq. İkincisi, müəllimlərin yazı-pozu işləri əvvəlki dövrlərlə müqayisədə bir qədər azalacaq, üçüncüsü isə repetitorluq fəaliyyətinin qarşısı müəyyən qədər alınacaq. Çünki yeni təklifə əsasən, müəllimlər təhsil müəssisəsində iş saatı bitənədək qalmaq məcburiyyətində olacaqlar. Ənənəvi qaydada isə dərs saatı bitən kimi təhsil müəssisəsi tərk edilir və evdə, hansısa icarə obyektdə repetitor fəaliyyəti başlanırdı", - deyə E.Əfəndi qeyd edib.

Ekspert onu da diqqətə çatdırıb ki, dünyanın əksər ölkəsində müəllimlərin əmək haqqı iş saatına görə hesablanır:

"ABŞ, Finlandiya, Yaponiya və s. kimi ölkələri nümunə olaraq göstərə bilərik. Məsələn, Finlandiyada həftəlik rəsmi iş saatı ya 32-36-dırsa, ABŞ-də bu 40-45 aralığındadır.

Bu məqam imkan verir ki, müəllimlər tədris bitdikdən sonra şəxsi inkişafa, növbəti günlə bağlı planlanmaya və s. zaman ayıra bilsinlər. Mənfi tərəf kimi biz sadəcə alınan qərarla paralel müəllimlərin faktiki yazı-pozu işlərinin saxlanılması tələbini görə bilərik, qalan digər hallar müsbətə doğru alınan qərar olaraq səciyyələndirilə bilər", - deyə E.Əfəndi vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !