Şirkətlər maaşdan tutulacaq gəlir vergisini kompensasiya edəcəklər?
Gələn ildən etibarən vətəndaşlar üçün müəyyənləşdirilmiş fiziki şəxslərin gəlir vergisi ilə bağlı güzəştlərin müddəti başa çatır. Artıq 2026-cı ilin yanvarın birindən etibarən fiziki şəxslərlə bağlı əməkhaqqlarına yeni vergilərin tətbiq edilməsi həyata keçiriləcək. Belə ki, təqdim olunan layihəyə əsasən, növbəti ildən etibarən əməkhaqqıları 2500 manatadək olan vətəndaşlarda 3 faiz gəlir verigsi nəzərdə tutulub.
Sizinxeber.Az Xəzər TV-yə istinadən xəbər verir ki, əgər əməkhaqqı 2500 manatdan çoxdursa, 8000 manatdan azdırsa, o zaman bu rəqəm 10 faiz, əgər 8000 manatdan çoxdursa, o halda 14 faiz olacaq.
Millət vəkili Vüqar Bayramov bildirib ki, növbəti illərdə mərhələli şəkildə faizin miqdarı artacaq. 2027-ci ildə bu rəqəm beş faiz, 2028-ci ildə isə 7 faiz olacaq.
Deputat onu da bildirdi ki, bunu kompensasiya etmək, yəni tutulan verginin işçinin əməkhaqqına təsir edib-etməməsi şirkət rəhbərliyinin verəcəyi qərardır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Sabahdan hansı artımlar qüvvəyə minəcək?
ABŞ Braziliya mallarına 50 faiz rüsum tətbiq edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
-
Bu iki ölkə Rusiyaya qarşı tarixi pakt imzalayacaq
-
Tbilisinin Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
Aİİ sammiti Ermənistanın taleyini həll edəcək? - Peskov
-
SEPAH: Son gündə Hörmüz boğazından 23 gəmi keçib
