Avtobusların nə vaxt gələcəyini əvvəlcədən biləcəyik - YENİLİK
sizinxeber.az xəbər saytı

Avtobusların nə vaxt gələcəyini əvvəlcədən biləcəyik - YENİLİK


AYNA ictimai nəqliyyatda nağdsız ödəniş və yeni mobil tətbiqləri istifadəyə hazırlayır.

Belə tətbiqlərdən biri də hazırda test mərhələsində olan MaaS (Mobility as a Service) tətbiqidir. Mobil tətbiqi vasitəsilə istifadəçilər avtobusların gəliş vaxtını real vaxt rejimində izləyə biləcəklər.

Sizinxəbər.az modern.az-a istinadən xəbər verir ki, Agentlikdən bildirilib ki, AYNA MaaS (Mobility as a Service) mobil tətbiqi sayəsində istifadəçilər avtobusların gəliş vaxtını real vaxtda izləyə biləcəklər.

"Bu yenilik ictimai nəqliyyatda şəffaflıq və rahatlığı artıraraq sərnişinlərin vaxtına qənaət etməyə imkan verəcək. Hazırda layihənin beta-versiyası test olunur. Sınaqlardan sonra tətbiq ictimaiyyətin ixtiyarına veriləcək", - qurumdan verilən açıqlamada qeyd olunub.

Agentlik bildirir ki, sərnişinlərə göstərilən xidmət keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə hazırda AYNA tərəfində innovativ həllər üzərində iş aparılır.

Oxşar xəbərlər

AYNA: “BakıKart” mobil tətbiqi bərpa olunacaq, vəsaitlər silinməyib
Meteo.az mobil tətbiqi test rejimində istifadəyə verilib
AYNA: Vətəndaşların “BakıKart”dakı hesabları, oradakı vəsaitləri silinməyib
Metroda gediş haqqını bu cür də ödəyə biləcəksiniz - Yenilik
Yaxın vaxtlarda Azərbaycanda “Mobil icra” tətbiqi istifadəyə veriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər