“Həmin pulla nə ev alacağam?” - Dərnəgüldə evləri sökülən sakinlər - Video
Məlum olduğu kimi, Dərnəgül tikinti bazarının arxa hissəsindəki evlər sökülür.
“Sizinxeber.Az” Xəzər TV-yə istinadən xəbər verir ki, Şahmar Ələkbərov küçəsindəki evlərin bir çoxunun üzərində müəyyən işarələr var. Həmin işarələr isə rayon icra hakimiyyəti tərəfindən sahəsi ölçülən evlərə çəkilib.
Sakinlər bildirir ki, hətta icra hakimiyyətinin nümayəndələri tərəfindən evlərin ölçülməsi işinə başlanılıb: “Evi içdən içə ölçüb getdilər. Hələ köçürülmə haqqında heç nə deməyiblər”.
Sakinlər evlərin daxildən ölçülməsi ilə razı deyillər. Çünki həcmləri kiçikdir, buna görə də sadəcə daxilin ölçülməsini düzgün hesab etmirlər: “1970-ci ildən burada yaşayıram. Bir dəfə gəlib ölçdülər. Amma pul barəsində bir söz demədilər. Mənim həyətimi də ölçsünlər. Təkcə evin içini ölçməklə nə pul verəcəklər? Mən həmin pulla nə ev alacağam? Çöldən çölə ölçüb, torpağımın pulunu verməlidirlər”.
Qeyd edək ki, ərazidəki evlərin əksəriyyəti sənədsizdir. Mənzillərin sahəsi ölçülsə də, sakinlərə veriləcək pulla bağlı heç bir məlumat verilməyib.
Daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
Deputat: Bakıda sənədsiz evlərin sayı 500 mindən çoxdur
Evləri sökülən sakinlər MTK-dan nə istəyirlər?
Parlamentin komitə iclasında sənədsiz evlər problemi qaldırılıb
Komitə sədri: Ölkədə sənədsiz evlərin bir çoxu kənd təsərrüfatlı təyinatlı torpaqlarda tikilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
-
Bu iki ölkə Rusiyaya qarşı tarixi pakt imzalayacaq
-
Azərbaycan üzərindən Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
-
SEPAH: Son gündə Hörmüz boğazından 23 gəmi keçib
-
Tbilisinin Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
