Sizinxeber.az » Cəmiyyət » "Auditlər parkinq ərazisindəki avtomobillərin vaxtını bağlayırlar" - "AzParking"in əməkdaşının şikayətinə RƏSMİ CAVAB

"Auditlər parkinq ərazisindəki avtomobillərin vaxtını bağlayırlar" - "AzParking"in əməkdaşının şikayətinə RƏSMİ CAVAB

Bakıda "AzParking"in əməkdaşı şirkət tərəfindən onlara qarşı edilən haqsızlıqlarla bağlı şikayətçi olub.

Oxu.Az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.

"AzParking"in əməkdaşı bildirib ki, onların əmək hüquqları kobud şəkildə pozulur.

"Təbii ehtiyaclarımızı ödəmək üçün gün ərzində yalnız bir dəfə icazə verilir. Yemək saatlarımızı özləri bölürlər. Bildirirlər ki, biz istəyən vaxt siz yeməyə gedə bilərsiniz. Onların öz auditləri var - Zalış Zeynalov və İlkin bəy adlı şəxslərdir. Bu şəxslər ərazidən keçəndə parkinq ərazisində olan avtomobillərin vaxtını bağlayırlar. Nəticədə biz həmin maşınların nömrələrini sistemdə görmürük və sürücülərlə aramızda mübahisə yaranır. Onlara təlimat verənlər isə xidmət rəisi Yalçın Bəşirov və bölgə müdiri Azər Seyfullayevdir. Sahə rəisi olmaq istəyənlərdən isə pul tələb edirlər", - deyə şikayətçi iddia edib.

Oxu.Az-ın sorğusuna cavab olaraq "AzParking" MMC-nin Mətbuat Xidmətindən bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir və qərəzli xarakter daşıyır.

"Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bütün əməkdaşlarımızın əmək hüquqları tam qorunur. Parklanma xidməti üzrə bələdçilərimiz növbəli qrafiklə çalışırlar:

•birinci növbə: 07:00 - 14:30

•ikinci növbə: 14:30 - 22:00

İş günü ərzində bir saat nahar fasiləsi təmin edilir. Əməkdaşlarımız fasilələrdən sərbəst istifadə etmək hüququna malikdirlər. Onu da qeyd edək ki, əməkdaşların təbii ehtiyaclarının ödənilməsi ilə bağlı şirkət və rəhbərlik səviyyəsində bu istiqamətdə hər hansı qərar qəbul edilməyib, günün istənilən vaxtı fasiləyə çıxmaq imkanı təmin edilib.

Bayram günlərində işə çıxan əməkdaşlarımıza qanunvericiliyə uyğun şəkildə və normalar daxilində əməkhaqqı ödənilir.

Bütün əməkdaşlar ödənişli və ödənişsiz məzuniyyət hüququna sahibdirlər. Şirkət sosial məsuliyyət prinsiplərinə uyğun olaraq həssas əhali qruplarından işə qəbul həyata keçirir.

Komandamızda çoxuşaqlı ailə başçıları, övladını tək böyüdən atalar, təhsilini davam etdirən tələbələr və əlilliyi olan şəxslər çalışırlar. Onların bir çoxu digər şirkətlərdə iş tapa bilmədiyi halda, "AzParking" ailəsinə qoşularaq iş sahibi olub.

Yayılan videoda səslənən audit əməkdaşlarının vətəndaşların sessiyalarını bağlaması barədə iddia da həqiqəti əks etdirmir. Audit əməkdaşlarının belə bir səlahiyyəti yoxdur, sessiyalar yalnız sistem üzərindən və tam izlənilə bilən şəkildə idarə olunur.

Baş bələdçilərin işə qəbul edilmə prosesi barədə iddia da reallığa uyğun deyil. Baş bələdçi daxili dəyərləndirmə nəticələri, performans göstəriciləri, liderlik və komanda idarəetmə kompetensiyalarına əsasən seçilir. Nəhayət, "i-Patrul" sürücülərinin işə götürülməsi barədə iddianın da əsası yoxdur. Belə ki, "i-Ppatrul" sürücüləri müsahibə və sənədləşmə yolu ilə işə qəbul olunurlar.

"AzParking" MMC olaraq əsas hədəfimiz vətəndaşlara yüksəkkeyfiyyətli xidmət göstərmək, eyni zamanda, əməkdaşlarımızın hüquqlarını qorumaqdır. Qərəzli məlumatlara faktlarla cavab verəcək, fəaliyyətimizi ədalət, etibar və qarşılıqlı dəyər prinsipləri üzərində davam etdirəcəyik", - deyə məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !