Cabir İmanovun əleyhinə statuslar - Öldüyü gündə nə baş verir? » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
01 
okt
2025
02:49
0
0
2 779

Cabir İmanovun əleyhinə statuslar - Öldüyü gündə nə baş verir?

01 okt, 2025
02:49
2 779

Cabir İmanovun əleyhinə statuslar - Öldüyü gündə nə baş verir?

Cabir İmanov böyük əksəriyyətin sevimlisi idi, koloritliydi, rolunu ifa edərkən səsini incəltmir, mimikalarını artırmır, obrazlarının əynində uyğunsuz, sallaq və yaxud tül geyimə, yamaqlı qalstuka, lap elə şəpiyə - “şəp-şəp”ə çevrilmirdi.

Cabir obrazı üçün “şəp-şəp”i də necə geyinmək lazım olduğunu bilirdi!

Özüydü, səsinin çaları da obrazlarının boyuna biçilirdi; heç nəyi xüsusi artırmırdı, əksiltmirdi.

Əlbəttə, Cabirin gənclikdən (bəlkə də yeniyetməlikdən) üzü bəri yaratdığı obrazların tam-tamına hamısı haqda bu qənaəti söyləmək çətindir. Ancaq böyük ölçüdə birmənalı olaraq İmanovlar cütünün ən istedadlısı, “Planet Parni iz Baku”nun əsas simalarından idi Cabir!

Cabirin vaxtsız ölümündən təsirlənməyən yoxdur, heç 49 yaş da verməzdin ona: bu itki bütün ictimaiyyət, sənət dünyası, onun pərəstişkarları üçün əsl şok oldu.

İctimaiyyət çox az-az halda ölümə bu cür reaksiya verir - onun ölümü haqda məlumatın yayılma sürətinə çox nadir rast gəlinir və bu, əlbəttə ki, Cabir İmanovun sevilməsi ilə bərabər, ölümünün gözlənilməzliyinə ictimai reaksiya idi.

Əksəriyyət bu gözlənilməzlikdən özünə gəlməyib; çoxları hələ də Cabir İmanovun ölüm faktını qəbul etməyə hazır deyil və bu, yalnız onun yaxınları, doğmaları ilə bağlı da deyil - geniş tamaşaçı auditoriyasına aiddir.

Məhz belə bir vaxtda C.İmanovun 2003-cü il hadisələrində həbs edilənlərə qarşı zorakılıq tətbiq etməsi iddiası hallandırıldı.

Həmin vaxt həbs olunanlar, o cümlədən İqbal Ağazadənin belə bir fikir ifadə etdiyi yada salınmaqdadır.

Cabir İmanov 1999-2018-ci ildə DİN sıralarında xidmət edib, polis polkovnik-leytenantıdır və 2003-cü il hadisələri zamanı xidmətdə olduğu haqda məlumat var, görüntü də.

Ancaq:

1. 2020-ci ildən sonra Azərbaycan tamamilə yeni bir zamana, məkana, dünyaya qədəm qoyub. Azərbaycan üçün hər şey “2020-dən əvvəl” və “2020-dən sonra”ya bölünür - bitdi o dövr, bağlandı o kitab!

O dövr-kitab, o dövr-kitabın kin-küdurəti və qisası ilə yaşamaq hardan çıxdı? Axı, bunu yada salanların 2003-də hansı cinahda nələr yazdığını indikilər xatırlamır, xatırlamaq istəmir və lazım da deyil!

Çünki dövrün qapandığına kimsənin şübhəsi yox.

Nə ehtiyac var “2020-yə qədər”də eşələnib, ağrıyanları ağılamağa?

2. O dünyaya gedəni ittiham bizə düşməz - artıq o, Haqq divanındadır.

Əlbəttə, hamımız bəzən çox pis biri haqda heç də həmişə “rəhmət”i dilimizə almırıq. Ancaq “çox pis biri” haqda. C.İmanov barəsində nəsə bir neqativ üçün onilləri kürüyüb, çölə töküb, hansısa günü, kadrı tapıb, məhz vaxtsız dünyadan getdiyi və heç qəbrə belə qoyulmadığı bir gündə o günü xatırlamaq heç də böyük cəsarətdən xəbər vermir.

Və ÜÇÜNCÜ!

Bu həyatda hər şey simvollardır: 7 dəfə 7-nin və 9 dəfə 7-nin tamamında heç də hamı üçün o dünyaya qapı açılmır!

63-ə Peyğəmbər, 49-a Nəsimi yaşı təsadüfən demirlər - ariflər anlar.

Cabir İmanov 49-da açılan qapıdan keçib getdi - bu, simvoldur, anlamasaq da, hörmət edək!

Bizimlə əlaqə saxlayın