İctimai nəqliyyatda gedişhaqqı artırıldı
sizinxeber.az xəbər saytı

İctimai nəqliyyatda gedişhaqqı artırıldı


Bakı Metropoliteni QSC-də gediş haqları artırılıb.

Oxu.Az xəbər verir ki, yeni tarif Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarında qeyd olunub.

Bildirilib ki, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik müəyyən edilib.

Həmçinin qeyd olunub ki, ictimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edilib və yeni tariflər təsdiqlənib.

Sözügedən dəyişiklik oktyabrın 1-dən etibarən qüvvəyə minəcək.

Xatırladaq ki, hazırda Bakı Metropoliteni QSC-də gediş haqqı 50 qəpik təşkil edir.

Oxşar xəbərlər

Metroda gediş haqqı 55 qəpik olacaq? - RƏSMİ CAVAB
"Bakı Metropoliteni": Gedişhaqqı tarifləri ilə bağlı məsələ qaldırılmayıb
"Bakı Metropoliteni": Gedişhaqqı artırılmayıb - YENİLƏNİB
"Bakı Metropoliteni": Gedişhaqqının artırılması üçün səlahiyyətli qurumlar qarşısında məsələ qaldırılmayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər