Şəhid atalarından qürurlandıran sözlər: "Bu gün içimizdə ağrı olsa da, qürur hissi ilə şəhidlərimizi anırıq"
sizinxeber.az xəbər saytı

Şəhid atalarından qürurlandıran sözlər: "Bu gün içimizdə ağrı olsa da, qürur hissi ilə şəhidlərimizi anırıq"


Bu gün Vətən müharibəsinin başlamasından beş il ötür. Bu münasibətlə Azərbaycanda 27 sentyabr - Anım Günü qeyd olunur.

Bütün ölkə ərazisində şəhidlərimizin xatirəsi yad edilir, onların qəhrəmanlıqları bir daha yada salınır.

Anım Günündə 2-ci Fəxri xiyabanda övladlarının məzarlarını ziyarət edən şəhid ataları Baku TV-yə müsahibə veriblər.

"30 ildən artıq idi ki, torpaqlarımız düşmən tapdağı altında idi. Xalqımızın birliyi və övladlarımızın qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bu gün içimizdə ağrı olsa da, qürur hissi ilə şəhidlərimizi anırıq", - şəhid atası söyləyib.

Başqa bir şəhid atası isə belə deyib: "Bütün şəhidlər qəhrəmandırlar. Bu igidlər bizim kimliyimizi dünyaya sübut etdilər. Onlar hərb tarixində dərs keçdilər. Əgər yenə də Vətən dara düşərsə, biz həmişə hazırıq".

Ətraflı süjetdə:

Oxşar xəbərlər

Şəhid atası: Azərbaycan xalqının şəhidlərini unutmaması bizi çox qürurlandırır
"Haber Global": Dörd il əvvəl on milyon azərbaycanlının hər biri əsgərə çevrilmişdi
Şəhid polisin ailəsindən ürəkparçalayan sözlər: "Elə qardaş bir də dünyaya gəlməz"
Gəncədə şəhid atası vəfat etdi
Aprel döyüşlərində şəhid olan hərbi pilotların xatirəsi yad edilib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər