Cəsarəti və fədakarlığı ilə tarixə düşən hərbi həkim
sizinxeber.az xəbər saytı

Cəsarəti və fədakarlığı ilə tarixə düşən hərbi həkim


Bir zamanlar Malazgirtdə, Sarıqamışda, Çanaqqalada Vətən üçün cəbhədəykən, yeni əsrdə istiqlalımız və gələcəyimiz naminə Qarabağ üçün qəhrəmancasına savaşdıq.

Yeni dövrün düşmənə hədd bildirənləri sırasına 4000-ə yaxın vətənsevərin adı həkk olunub. Həmin şəhadət mərtəbəsini gözə alanların cərgəsində Turqut Xəlilbəyli ismi də yer tutub.

Həyatda var olmaq missiyasının xeyirxahlıq olduğuna inanan Turqut Xəlilbəyli bəlkə də hərbi həkimlik məsuliyyətini buna görə öz üzərinə götürmüşdü. O, Tibb Universitetini bitirdikdən sonra Beyləqana təyinat alır. Vətən müharibəsi zamanı bir neçə istiqamət üzrə fəal xidmət göstərən şəhidimiz hərbçi yoldaşları ilə birgə Cəbrayılda mərmi atəşinə düşür.

Qəhrəmanımız üç yaralını atəş altından çıxarır, özü də yaralanır. Növbəti atəş zamanı özünü digər yaralı hərbçinin üzərinə atıb ki, o, sağ qalsın, özü isə şəhid olub. Vətən müharibəsində öz peşə borcunu yerinə yetirən zaman ümumilikdə on nəfər hərbi həkim qəhrəmancasına həlak olub.

Onların sırasında yer alan Turqut Xəlilbəyli ölümündən sonra "Vətən uğrunda" medalı, "Azərbaycan Bayrağı" ordeni, "Füzulinin və Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ətraflı Baku TV-nin süjetində:


Oxşar xəbərlər

Zərərçəkmiş şəxs: Ermənistan silahlı qüvvələrinin artilleriyası sanitar avtomobillərimizə və tibb işçilərinə atəş açırdı
Azərbaycanda 397 min 420 nəfərə Prezident təqaüdü verilir
Birinci Qarabağ müharibəsində Ağcabədi rayonundan 53 nəfər itkin düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər