"Məktəblərdə pul yığılması bank vasitəsilə həyata keçirilməlidir" - AÇIQLAMA
- 26-09-2025, 22:49
- Cəmiyyət
- 0
- 1 655
Valdeyn komitələrinin rəsmiləşdirilməsi ilə bağlı təkliflər var.
Redaktor.az-a danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirdi ki, bu, çox mühüm və həssas məsələdir.
"Azərbaycan məktəblərində valideyn komitələrinin fəaliyyəti ilə bağlı bir sıra problemlər mövcuddur. Xüsusilə onların qeyri-rəsmi statusda fəaliyyət göstərməsi və pul yığımı məsələləri qanunvericilik baxımından suallar doğurur.
Valideyn komitələri rəsmi qurum sayılmır. Hazırda Azərbaycan qanunvericiliyində, xüsusən də “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda valideynlərin məktəb həyatında iştirakı nəzərdə tutulur. Lakin bu komitələrin hüquqi statusu və fəaliyyət çərçivəsi tam aydın deyil. Yəni onlar rəsmi qurum kimi sayılmır və rəsmi hüquqi şəxs deyillər. Bu komitələr dövlət qeydiyyatından keçmiş təşkilat deyillər, məktəb daxilində ictimai əsaslarla formalaşır və fəaliyyət göstərirlər. Onların fəaliyyəti təhsil müəssisəsinin rəhbərliyinin razılığı və nəzarəti altında həyata keçirilməlidir".
Müsahibimiz pul yığımının qanuni olub-olmaması haqqında da danışdı:
"Fond pulu, təmir pulu, ümumiyyətlə hədiyyə pulu kimi müəllimlərin və ya valideyn komitələrinin pul toplaması qanunsuz hesab olunur. Azərbaycan Respublikasının qanunvericiliyi təhsil müəssisələrində məcburi və təşəbbüslə belə pul toplanmasına qadağa qoyur. Məsələn, hansısa müəllimə qızıl hədiyyə edilməsi təşəbbüsü belə qadağan edilir. Elm və Təhsil Nazirliyi və nazirliyin tabeliyindəki Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi dəfələrlə bu barədə qadağa və xəbərdarlıq yayıb. Əgər valideynlərdən pul yığılırsa və bu, müəllimin və ya məktəb rəhbərliyinin göstərişi ilə həyata keçirilirsə, bu, intizam və hüquqi məsuliyyət yaradır. Valideyn komitələri rəsmiləşdirilməlidirmi? Bu məsələ müzakirəyə açıqdır, lakin bir neçə əsas arqument var".
Onun sözlərinə görə, rəsmiləşdirmənin üstünlükləri var:
"Hesabatlılıq yaranır, pul və digər təşəbbüslər şəffaf şəkildə həyata keçirilir, səlahiyyət və məsuliyyət dəqiq müəyyən olunur, ictimai nəzarət güclənir. Müəllimlər bu prosesdən özlərini uzaq tuta bilərlər. Rəsmiləşdirilməməyin riskləri də var. Qeyri-rəsmi yolla pul yığımı davam edə bilər, valideynlər arasında narazılıq və etimadsızlıq yarana, müəllimlərə əlavə təzyiq düşə bilər.
Nə etmək olar? Ümumilikdə Elm və Təhsil Nazirliyi tərəfindən valideyn komitələrinin statusunu müəyyən edən normativ sənəd hazırlanmalıdır. Məktəblərdə valideyn şuraları yaradılmalı və hüquqi əsaslarla fəaliyyət göstərməlidir. Nazirliyin buna həqiqətən ehtiyacı varsa, pulun toplanması yalnız rəsmi fondlar vasitəsilə, könüllü əsasda və ya şəffaf şəkildə, bank vasitəsilə həyata keçirilməlidir".


width="220" alt="500 şagirdin başqa məktəbə köçürülməsi xəbərinə - Rəsmi cavab" />
width="220" alt="Cəlilabadda məktəb-liseyin statusu dəyişdirilib" />
width="220" alt="Bakıda qızılcaya görə məktəblər bağlanır? - Rəsmi" />
width="220" alt="Azərbaycan Qiymətləndiricilər Palatası “Azərekspertiza”nın aktiv statusunu ləğv edib, birlik etiraz edir" />
width="220" alt=""Direktorla müəllimin mübahisəsi şagirdlərin gözü qarşısında baş verməməlidir" - ETİRAZ" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />