Sizinxeber.az » Cəmiyyət » Polis Akademiyasında Bilik Günü və andiçmə mərasimi keçirilib

Polis Akademiyasında Bilik Günü və andiçmə mərasimi keçirilib

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında Bilik Günü və I kurs kursantlarının “Polis Andı”nı qəbul etmələri münasibəti ilə təntənəli mərasim təşkil olunub. Tədbirə başlamazdan öncə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan igid oğullarımızın, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni ifa edilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mərasimi giriş sözü ilə açan Polis Akademiyasının rəisi polis general-mayoru Canpolad Daanov tədbir iştirakçılarını salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun təbrik və tövsiyələrini şəxsi heyətə çatdırıb. Ötən dövr ərzində əldə olunan nailiyyətlərə toxunan akademiyanın rəisi müasir meyarlara cavab verən təhsil prosesinin həyata keçirilməsi və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilən peşəkar polis kadrlarının hazırlığı istiqamətində qarşıya qoyulmuş vəzifələrin bundan sonra da əzmlə yerinə yetiriləcəyini vurğulayıb.

Tədbirin davamı olaraq 2024-2025-ci tədris ilini müvəffəqiyyətlə başa vuraraq tədris və idman nəticələrinə görə Polis Akademiyasının kursantları arasında “Əlaçı kursant” və ll dərəcəli “İdmançı kursant” döş nişanlarına layiq görülüb, habelə Dövlət İmtahan Mərkəzi tərəfindən lll ixtisas qrupu üzrə keçirilən imtahanlarda 650 və yuxarı bal toplayaraq Polis Akademiyasına qəbul olan gənc kursantlara döş nişanları və qiymətli hədiyyələr təqdim edilib.

Sonra 2024-2025-ci tədris ilini “Əlaçı” döş nişanı ilə başa vurmuş 4-cü kurs kursantı Elbrus Abbasov çıxış edərək göstərilən qayğı, etimad və dəstəyə görə akademiyanın rəhbərliyinə və elmi pedaqoji kollektivinə öz təşəkkürlərini çatdırıb.

Mərasim I kurs kursantlarının "Polis Andı”nı qəbul etmələri ilə davam edib.

Daha sonra I kurs kursantı Hacıalı Hacıyev çıxış edərək bu əlamətdar gün münasibətilə kurs yoldaşlarını təbrik edib. Tədbirin davamında təntənəli marş sədaları altında şəxsi heyət təntənəli keçidlə tribunanın qarşısından keçib.

Sonda Polis Akademiyasının şəxsi heyəti Bilik Günü və I kurs kursantlarının “Polis Andı”nı qəbul etmələrinə həsr olunan fləşmob keçirib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !