Şimşək çaxacaq, yağış yağacaq - İlk dərs gününün HAVA PROQNOZU
Sentyabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.
Sizinxəbər.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 14-dən 15-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-18°, gündüz 22-25° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19°, gündüz 21-26°, dağlarda gecə 2-6°, gündüz 7-12° isti olacaq.
Qeyd edək ki, sabah ölkəmizdə ilk dərs günüdür.
Oxşar xəbərlər
Ayın son gününə olan hava proqnozu açıqlanıb
Sabah rayonlarda yağış yağacaq
Sabah 30 dərəcə isti olacaq
Sabah axşam bəzi yerlərdə qısamüddətli yağış yağacaq
Yağışlı hava sabah da davam edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
-
Azərbaycan üzərindən Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
-
Bu iki ölkə Rusiyaya qarşı tarixi pakt imzalayacaq
-
SEPAH: Son gündə Hörmüz boğazından 23 gəmi keçib
-
Tbilisinin Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
