Sizinxeber.az » Cəmiyyət » ŞAD XƏBƏR: "TələbəPlus" kartının əhatə dairəsi genişləndirilir

ŞAD XƏBƏR: "TələbəPlus" kartının əhatə dairəsi genişləndirilir

Yeni tədris ilindən etibarən "TələbəPlus" kartının əhatə dairəsi genişləndiriləcək. Artıq layihə kollec və peşə təhsili pilləsində təhsil alan tələbələri də əhatə edəcək.

Sizinxeber.Az İTV-yə istinadən xəbər verir ki, layihəyə qoşulma prosesi universitetlərin təşəbbüsü və texniki imkanları nəzərə alınmaqla davam etdirilir. Hazırda 24 ali təhsil müəssisəsinin 190 mindən çox tələbəsi bu kartdan istifadə edir.

Kart sahibləri restoran, kafe, geyim mağazaları, kitab və dəftərxana dükanları, tibb müəssisələri, əyləncə mərkəzləri və digər sektorlarda güzəştlərdən yararlana bilirlər. Layihəyə 350-dən çox yerli və xarici partnyor qoşulub.

Tələbələr isə kartın daha çox gündəlik ehtiyacları əhatə etməsini istəyirlər. Onların fikrincə, "TələbəPlus" yalnız kafe və geyim mağazalarında deyil, həm də ictimai nəqliyyatda, kitabxanalarda və zəruri xidmət sahələrində güzəştlər təqdim etməlidir.

Təhsilin İnkişafı Fondundan bildirilib ki, bu istiqamətdə dövlət və özəl sektor nümayəndələri ilə danışıqlar aparılır. Artıq tibb sahəsində bir sıra yeniliklər tətbiq olunub. Belə ki, tələbələr klinikalarda ildə bir dəfə pulsuz müayinədən keçə, tanınmış göz klinikasında isə müayinə və analizlərdə 50 faiz, əməliyyatlarda isə 30 faiz endirim əldə edə bilərlər.

Fonddan əlavə edilib ki, ictimai nəqliyyatda güzəştlər yaxın planlarda əsas prioritetdir, çünki bu xidmət tələbələrin gündəlik həyatında mühüm rol oynayır.

Ətraflı süjetdə:


DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !