Heydər Məmmədov MDB-yə üzv dövlətlərin Baş prokurorlarının müavinlərinin görüşündə iştirak edib
- 28-08-2025, 16:23
- Cəmiyyət
- 0
- 9 034
Azərbaycan Baş Prokurorluğunun nümayəndə heyəti MDB-yə üzv dövlətlərin Baş prokurorlarının müavinlərinin görüşündə iştirak edib.
Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş prokurorun müavini Heydər Məmmədov və Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Səbuhi Alıyev Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində təşkil olunan MDB-yə üzv dövlətlərin Baş prokurorlarının müavinlərinin görüşündə iştirak edib.
MDB-nin və bir sıra dövlət qurumlarının yüksək vəzifəli təmsilçilərinin iştirakı ilə keçirilən tədbir çərçivəsində hüquq-mühafizə sahəsində qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, transsərhəd cinayətkarlığa qarşı birgə mübarizənin təşkili, həmçinin regional və beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub.
Görüşdə Heydər Məmmədov çıxış edərək, Koordinasiya Şurası çərçivəsində həyata keçirilən islahatların əhəmiyyətini, prokurorluqlar arasında qarşılıqlı hüquqi yardım və ekstradisiya sahəsində mövcud əməkdaşlıq təcrübəsini, habelə beynəlxalq və regional təşkilatlarda Azərbaycanın fəallığını diqqətə çatdırıb.
Baş prokurorun müavini, o cümlədən Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə ölkəmizdə bir sıra nüfuzlu beynəlxalq tədbirlərin - Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik iclası, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi" adlı yüksək səviyyəli plenar iclası və UNODC-nin GlobE şəbəkəsinin plenar toplantısının təşkil olunduğunu qeyd edib.
Səfər çərçivəsində, həmçinin Heydər Məmmədov MDB-yə üzv dövlətlərin Baş Prokurorluqlarının nümayəndə heyətləri ilə görüşlər keçirib.


width="220" alt="Gələn il Bakıda İƏT-ə üzv dövlətlərin antikorrupsiya qurumlarının yüksək səviyyəli görüşü keçiriləcək" />
width="220" alt="Kamran Əliyev MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının İcraçı katibini qəbul edib" />
width="220" alt="Prezident MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb" />
width="220" alt="Azərbaycan MDB-nin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında iştirak edib" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />