Sizinxeber.Az

İlham Əliyev BƏƏ prezidentini təbrik edib – YENİLƏNİB

0 1

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Oxu.Az xəbər verir ki, təbrikdə deyilir:

“Əlahəzrət, Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

18:16

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əbu-Dabi Əmirliyinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı münasibətilə təbrik edib.

Oxu.Az xəbər verir ki, təbrikdə deyilir:

“Əlahəzrət, Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə ən xoş arzularımı yetirirəm”.

www.Sizinxeber.az

Şərhlər
Loading...