500 şagirdin başqa məktəbə köçürülməsi xəbərinə - Rəsmi cavab
- 12-08-2025, 16:10
- Cəmiyyət
- 0
- 1 125
Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin ibtidai məktəbə çevrilməsi və yüzlərlə şagirdin digər məktəbə köçürülməsi haqda məlumatlar yayılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə bir qrup məktəb müəllimi və valideynlər Anews.az-a şikayətində bildiriblər.
Məlumata görə, Lənkəran Təhsil İdarəsinin keçirdiyi iclasda qərar elan edilib ki, məktəb yalnız ibtidai siniflər üzrə fəaliyyət göstərəcək.
Hazırda 700-dən çox şagirdin təhsil aldığı məktəbdə təxminən 200 şagird ibtidai siniflərdə oxuyur. Qalan 500-ə yaxın şagirdin isə Lənkəran şəhər 10 nömrəli məktəbə köçürülməsi planlaşdırılır.
Müəllimlərin bildirdiyinə görə, bu qərarla bağlı onlara heç bir rəsmi sənəd təqdim olunmayıb.
1500-dən çox şagirdin təhsil aldığı 10 nömrəli məktəb artıq iki növbəli qaydada fəaliyyət göstərir və ora əlavə şagirdlərin köçürülməsi müəllim və valideynlərin fikrincə, təhsilin gələcək səviyyəsini sual altına alır.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən məsələ ilə bağlı “Qafqazinfo”ya bildirildi ki, Lənkəran şəhəri T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin tipinin dəyişdirilməsi şagirdlərin məcburi olaraq digər təhsil müəssisəsinə köçürülməsi, pedaqoji heyətin ixtisar edilməsi və yayılmış buna bənzər neqativ xəbərlər əsassızdır və həqiqəti əks etdirmir: “Təhsil müəssisələrində şagirdlərin təhlükəsizliyi, təhsilalanların hərtərəfli inkişafı, keyfiyyətli tədrisin təmin edilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Bu istiqamətdə təhsil alan şagirdlər üçün uyğun təhsil infrastrukturu və öyrənmə mühitinin qurulması məqsədilə Lənkəran şəhərində yalnız ibtidai təhsil səviyyəsi üzrə fəaliyyət göstərən təhsil müəssisəsinin yaradılması planlaşdırılır.
Bu məqsədlə Lənkəran şəhərində yerləşən T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin layihəyə uyğunluğu barədə təhlillər aparılıb, pedaqoji heyəti və valideyn icması ilə görüşlər keçirilib, onları narahat edən suallara aydınlıq gətirilib.
Bu istiqamətdə qərarlar verilərkən təhsilalanların hüquq və mənafeləri, eyni zamanda qanunvericiliyin tələbləri əsas götürüləcək”.


width="220" alt="Bakıda 6 məktəb əsaslı təmirlə bağlı köçürülüb" />
width="220" alt="Lənkəranda 2 nömrəli məktəbin qəzalı tədris müəssisəsinə köçürülməsi məsələsinə aydınlıq gətirilib" />
width="220" alt="Cəlilabadda məktəb-liseyin statusu dəyişdirilib" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />