Sizinxeber.Az

Məktəblilərin zəhərlənməsi ilə bağlı araşdırmaların nəticəsi açıqlandı

0 1

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən beş məktəbli və bir müəllimin səhhətində yaranan problemlə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) açıqlama yayıb.

Agentlikdən Oxu.Az-a verilən məlumata görə, 5 məktəbli və bir müəllimin səhhətində yaranan problemlə bağlı aparılan araşdırmaların nəticələri məlum olub. Agentliyin mütəxəssislərinin götürdükləri nümunələr laborator müayinələrdən keçirilib:

“Müayinələrin nəticələrinə görə, uşaqların qidalandığı yeməklərdə insan orqanizmi üçün təhlükəli hesab edilə biləcək mikroorqanizmlər aşkar edilməyib. Eyni zamanda, məktəblilərin müayinə olunduğu rayon xəstəxanasının həkimlərinin rəylərinə və laborator müayinə nəticələrinə əsasən sözügedən hadisənin qida zəhərlənməsi olmadığı müəyyən edilib”.

www.Sizinxeber.az

Şərhlər
Loading...