Şəhid xanımını təhqir edən avtobus sürücüsü cərimə edildi
sizinxeber.az xəbər saytı

Şəhid xanımını təhqir edən avtobus sürücüsü cərimə edildi


Bakıda hüquq-mühafizə orqanlarında çalışan xanım sərnişindən ödəniş etmədiyi üçün vəsiqə tələb edən avtobus sürücüsünə hökm oxunub. 

Referans- ın məlumatına görə, 1988-ci il təvəllüdlü Bakı sakini Y.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

Hadisə "BakuBus" MMC-yə məxsus 217 nömrəli marşrut xəttində baş verib. Şəhid xanımı N.A. avtobusa minərkən polis vəsiqəsini kameraya göstərərək ödənişsiz keçid hüququndan istifadə edib. Buna baxmayaraq, sürücü Y.R. onun arxasınca gedərək ödəniş tələb edib və mübahisə zamanı xanımı anası və azyaşlı uşaqlarının gözü qarşısında təhqir edib.

Nəticədə avtobusda səs-küy yaranıb, sərnişinlər avtobusdan endirilib və hadisə yerinə polis əməkdaşları çağırılıb.

Məhkəmədə sürücü ifadəsində bildirib ki, N.A. vəsiqəni dərhal təqdim etmədiyi üçün ondan sənədini göstərməsini xahiş edib. O, vəsiqənin gec göstərildiyini və buna görə mübahisə yarandığını etiraf edib. Əsəbiləşdiyi üçün avtobusu idarə edə bilmədiyini və sərnişinlərin başqa nəqliyyat vasitəsi ilə daşındığını qeyd edib.

Məhkəmənin qərarı ilə Y.R. 50 manat məbləğində cərimələnib və məhkəmə zalından azad olunub.

Oxşar xəbərlər

Yol polisinin qanuni tələbinə riayət etməyən sürücü həbs edilib
“Kanal 13”ün aparıcısı həbs edilib
Bakının məşhur restoranında dava düşdü: Saxlanılanlar var
Polisin “saxla” əmrinə tabe olmadı - Həbs edildi - FOTO/VİDEO
Astarada kitabxana işçiləri arasında İNSİDENT: “İş otağıma hücum edib məni söydü”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər