Sizinxeber.Az

Nə qədər köçkün ailəsinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var?

0 1

Cari ilin doqquz ayında 2900 məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunub.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev deyib.

Onun sözlərinə görə, ilin sonuna qədər əlavə 2800 ailə evlərlə, mənzillərlə təmin ediləcək. Beləliklə, bu il 5700 ailə – təxminən 25 min insan evlərlə, mənzillərlə təmin olunacaq.

“Belə olan halda, ilin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı 300 minə çatacaq.Bu da 53 500 ailə, 300 min məcburi köçkün deməkdir”, – müsahibimiz bildirib.

Dövlət Komitəsinin nümayəndəsi əlavə edib ki, indiyədək 101 qəsəbə salınıb və bu 3,5 milyon kvadrat metr yaşayış sahəsi deməkdir.

“Hələ də ağır şəraitdə olan məcburi köçkünlər var. 82 min ailə, 340 min məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırılması Dövlət Proqramında nəzərdə tutulub”, – İ.Mirzəyev qeyd edib.

Vəfa Fərəcova
www.Sizinxeber.az

Şərhlər
Loading...