Sizinxeber.Az

“Kediciklər”in şok bağlantıları ortaya çıxdı: FETÖ ilə əlaqələri varmış…

0 1
Adnan Oktar və qrupuna qarşı yönəlmiş istintaq çərçivəsində şübhəli şəxslərdən ələ keçirilən materiallar əsasında yeni şok məlumat və bağlantılar ortaya çıxıb.
Sizinxeber.Az  bildirir ki, musavat.com bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Məlumata görə, A.Oktarın “kedicikləri”nin FETÖ-nün ən üst səviyyəli isimləri ilə mütəmadi şəkildə əlaqələri olub.
“Kediciklər”dən Aslıhan Hantal keçmiş vəkil İlhan İşbilən və “Zaman” qəzetinin sahibi Aleaddin Kaya ilə tez-tez əlaqə yaradıb.
Bundan başqa, Fatma Ceyda Ertüzün adlı “kediciyin” də bağlanan Fateh Universitetinin rektoru Şerif Ali Tekalan, Fətullah Gülənin vəkili Abdulkadir Aksoy və FETÖ-nün imamı kimi tanınan Osman Karakuş ilə görüşdüyü ortaya çıxıb.
Araşdırmalar zamanı məlum olub ki, adıçəkilən “kediciklər” terror qruplaşması FETÖ-nün fərari isimlərindən olan Önder Aytaç ilə də görüşüblər.

Şərhlər
Loading...