Sizinxeber.Az

Rusiya FTX: Ukrayna hərbi gəmiləri təxribat bölgəsinə yaxınlaşır

0 1

Ukraynanın hərbi gəmiləri maksimal sürətlə Kerç boğazına yaxınlaşır.

Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəsmi nümayəndələri bildiriblər. Qeyd edilib ki, “Gürzə” sinfinə məxsus zirehli gəmilər daha öncə “Ukrayna tərəfinin təşkil etdiyi təxribat bölgəsinə üz tutublar”.

Bundan əvvəl isə Ukraynanın müdafiə nazirliyi Rusiya tərəfini Odessadan Mariupola yollanan 3 gəmisinə qarşı güc tətbiq etməkdə qınamışdı. Nazirlik nümayəndəsi bildirmişdi ki, Rusiyanın hərəkətləri BMT nizamnaməsinin, həmçinin ikitərəfli sazişlərin pozulması kimi dəyərləndirilir.

www.Sizinxeber.az

Şərhlər
Loading...