Sizinxeber.Az

Akademik Valeri Ulyanişşevin 120 illiyi qeyd ediləcək

0 2

Prezident İlham Əliyev akademik Valeri İvanoviç Ulyanişşevin 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın xəbərinə görə, sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası V.Ulyanişşevin 120 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, akademik Valeri Ulyanişşev Azərbaycanın mikroflorasına dair fundamental araşdırmaları və bu sahədə mühüm nailiyyətləri ilə respublikada biologiya elminin aktual problemlərinin öyrənilməsinə, eləcə də kənd təsərrüfatı üçün böyük əhəmiyyətə malik bir sıra məsələlərin həllinə sanballı töhfələr verib.

www.Sizinxeber.az

Şərhlər
Loading...