Sizinxeber.Az

“Azərbaycan və Ermənistan arasında danışıqlar aparılır” – Sergey Lavrov

0 1

Dağlıq Qarabağ probleminin nizama salınması üçün Azərbaycan və Ermənistan arasında danışıqlar aparılır.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının XİN başçısı Sergey Lavrov Moskvada keçirilən mətbuat konfransında açıqlama verib.

“İndiki ikitərəfli formatı dəyişdirmək üçün hər iki tərəfin razılığı tələb olunur. Bildiyimizə görə, belə bir razılıq yoxdur. Sözün düzü, mən də Dağlıq Qarabağ probleminin nizama salınması məsələsini nəzərdən keçirmək üçün ilkin şərtlər irəli sürmək istəməzdim”, – deyə S.Lavrov bildirib.

“Vaxtilə Qarabağ nümayəndələri Bakı və İrəvanın danışıqlarında iştirak ediblər. Ermənistan rəhbərliyinin təklifi ilə bu praktika dəyişdirilib və danışıqlar yalnız Ermənistan və Azərbaycan arasında uzun illərdir birbaşa aparılır”, – nazir qeyd edib. 

Şərhlər
Loading...