Sizin Reklamınız Burada ola bilər!
Soçidə Nikolun pozuculuq cəhdi – Putin imkan vermədi
Soçidə Nikolun pozuculuq cəhdi – Putin imkan vermədi

Soçidə Nikolun pozuculuq cəhdi – Putin imkan vermədi

Soçi görüşü ilə bağlı bəzi pərdəarxası detallar haqda Caliber.az maraqlı iddia paylaşıb.

Axar.az xəbər verir ki, görüşdə Ermənistan Baş naziri Nikol Paşinyanın bəzi pozucu cəhdlər etdiyi bildirilib.

Belə ki, o, Azərbaycanın 2021-ci ilin may ayında Ermənistan sərhədini pozduğunu iddia edərək, görüşün yekunlarına dair Bəyanata 2021-ci ilin may ayından əvvəlki status-kvonun bərpa olunmasının salınmasını istəyib. Bundan başqa, Paşinyan sentyabrın 13-14-də sərhəddə baş verən insidentin də Bəyanatda əksini tapmasına çalışıb.

Lakin onun bu cəhdləri nəticəsiz qalıb. Belə olan halda Paşinyan görüşün yekunlarına dair sənədin qəbul olunmasının bloklanmasına cəhd göstərib. Lakin Ermənistan baş nazirinin bu cəhdi də nəticə verməyib.

İddiaya görə, Rusiya Prezidenti Vladimir Putinin də təkidi ilə Bəyanat qəbul olunub.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Soçidə Nikolun pozuculuq cəhdi – Putin imkan vermədi

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Giriş Yap

Yandex.Metrica