Azərbaycanda I yarımildə sənaye zonalarında qeydiyyata alınan sahibkarların sayı açıqlanıb
Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki sənaye zonalarında investisiya portfeli 307 milyon manatdan çox olan 18 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkara isə qeyri-rezidentlik statusu verilib.
"Report" agentliyə istinadən xəbər verir ki, bunlardan 3-ü Ağdam Sənaye Parkının, 5-i “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 3-ü Sumqayıt Kimya Sənaye Parkının, 5-i Hacıqabul Sənaye Parkının, 1-i Masallı Sənaye Məhəlləsinin, 1-i Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.
Eyni zamanda Ağdam, Hacıqabul və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında hər biri üzrə 1 olmaqla ümumilkdə 3 sahibkarlıq subyekti isə qeyri-rezidentlik statusu alıb.
Qeydiyyatdan keçən investorlar sənaye zonalarında smart televizorlar, velosiped, elektrik mühərrikli avtobuslar, lift və eskalatorlar istehsalı layihələri həyata keçirəcək, tekstil sahəsində klasterləşmə formalaşdırılacaq, günəş elektrik stansiyası quracaq.
Oxşar xəbərlər
Agentlik: Sənaye zonalarında 9 ayda 27 sahibkarlıq subyekti rezidentlik alıb
Azərbaycanda 7 ayda sənaye zonalarında 20 şirkətə rezident statusu verilib
“Araz Vadisi İqtisadi Zonası”nın rezidentlərinin sayı 12-yə çatıb
Ağdam Sənaye Parkında velosiped istehsal ediləcək
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında boya fırçası istehsal ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
